Ağ Ev amerikalıları hərbi əməliyyatlara görə Ukraynaya getməməyə çağırdı

ag-ev-amerikalilari-herbi-emeliyyatlara-gore-ukraynaya-getmemeye-cagirdi
Oxunma sayı: 1305

ABŞ amerikalıları hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya getməməyə çağırıb.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“ABŞ Rusiya ilə Ukrayna arasında iki ABŞ vətəndaşı daxil olmaqla, əsirlərin mübadiləsinə dair əldə edilmiş razılaşmanı alqışlayır”, - deyə vurğulayıb.

O, əlavə edib ki, ABŞ vətəndaşlığından asılı olmayaraq bütün hərbi əsirləri danışıqlara daxil etdiyinə görə rəsmi Kiyevə minnətdardır: “Biz həmçinin bir daha bildiririk ki, ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edir”.