Ağ Evin qarşısında atışma baş verdi

ag-evin-qarsisinda-atisma-bas-verdi
Oxunma sayı: 346

Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində bir nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin (Secret Service) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Hadisənin 15-ci küçə ilə Müstəqillik prospektinin kəsişməsində, Vaşinqton Monumenti ilə Holokost Memorial Muzeyi arasında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə ilə əlaqədar Ağ Ev mühafizə məqsədilə dərhal mühasirəyə alınıb, ərazidəki jurnalistlər isə təhlükəsizlik üçün brifinq otağına toplanıblar. Yaralanan şəxsin vəziyyəti barədə hələlik dəqiq məlumat verilmir.

Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda Prezident Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı bənzər hadisə baş vermişdi. Həmin vaxt silahlı şəxs binaya daxil olmağa çalışaraq atəş açmış, nəticədə bir Məxfi Xidmət əməkdaşı yaralanmışdı.

Qeyd edək ki, son hadisədən sonra paytaxtın mərkəzində təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib.