Ağalıda növbəti əmək yarmarkası - Fotolar

agalida-novbeti-emek-yarmarkasi
Oxunma sayı: 616

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.

14 işəgötürənin iştirakı ilə keçirilən yarmarkada İT üzrə mütəxəssis, aşpaz, bağ fəhləsi, qaz paylayıcı stansiyanın operatoru, qeydiyyatçı, sürücü, anbardar, gözətçi, çilingər və s. peşələr olmaqla, ümumilikdə, 103 vakansiya təqdim edilib.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Qarabağ Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub.

İşsiz və işaxtaran şəxslərə mərkəzin fəaliyyəti və həyata keçirdiyi peşə hazırlığı kursları həmçinin müraciət qaydaları barədə məlumat verilib.