Bu gün Ağdam Muğam Mərkəzində Vətən müharibəsi və 1 günlük lokal xarakterli antiterror əməliyyatı zamanı şəhadətə ucalan Ağdam rayonundan olan hərbiçilərin xatirəsinə həsr olunmuş, ssenari müəllifi və rejissoru Teymur Zahidoğluna məxsus “Ayrılıqdan keçən yol” filminin təqdimat mərasimi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilib. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlayıb, şəhidlərin keçdikləri şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib.







Son xəbərlər
Son Xəbərlər