Ağcabədidə 4 otaqlı ev yanıb kül oldu - Foto

agcabedide-4-otaqli-ev-yanib-kul-oldu
Oxunma sayı: 334

Ağcabədidə 4 otaqlı ev yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Yanğın qəsəbə sakini Solmaz Namazovaya məxsus evdə baş verib. Hadisə nəticəsində evin 3 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə yerinə FHN-in yerli şöbəsinin əməkdaşları cəlb olunub.

Yanğına elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı