Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı - Şübhəli yetkinlik yaşına çatmayan şəxsdir - Yenilənib

agcabedide-7-yasli-usaq-bicaqlandi
Oxunma sayı: 1951

Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.

Kənd sakini olan azyaşlı P.M. (ad şərtidir) müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb. Yaxınları onu dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyent dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

***

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ziya Əmirxanlı