Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi olub, ölən var.
“Qafqazinfo” xəbər verir ki, zəncirvari qəza rayonun Yanğınsöndürən bölməsinin qarşısında qeydə alınıb.
Rayon sakini Rzayev Hacımirzə Mərdan oğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil Yanğınsöndürən bölməsinin əməkdaşlarına məxsus şəxsi avtomobillərə çırpılıb.
Qəza zamanı Rzayev Hacımirzə Mərdan oğlu və Cəfərov Rəhman Anar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hadisə zamanı xəsarət alan Vahid Nail oğlu Ələkbərov isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 13-ü saat 20:40 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alanlardan 2010-cu il təvəllüdlü şəxs Əməliyyat blokuna alınıb.
2009-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində daha bir 2009-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Ziya Əmirxanlı
Fotoda Vahid Ələkbərov:



Son xəbərlər
Son Xəbərlər