İsrail hakimiyyəti orduya Livanda atəşi dayandırmağı, lakin öz mövqelərində qalmağı əmr edib.
“Qafqazinfo” “N12” xəbər kanalına istinadən məlumat verir ki, əmri İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz verib.
Eyni zamanda, İsrail ordusu Livanın cənubunda “Sarı xətt” adlanan xətt boyunca tutduğu mövqeləri saxlamağa davam edəcək. Telekanal xəbər verir ki, bu qərar İsrail hakimiyyəti tərəfindən “ABŞ ilə koordinasiyadan sonra” qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər