Ağcabədidə bədbəxt hadisə, ölən var

agcabedide-bedbext-hadise-olen-var
Oxunma sayı: 2497

Avqustun 22-si Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, rayonun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.