Ağcabədidə körpə doğuş zamanı öldü

agcabedide-korpe-dogus-zamani-oldu
Oxunma sayı: 543

Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zərdab rayon sakini 2001-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub. Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı