ABŞ-nin Maliyyə Nazirliyi Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigesə qarşı tətbiq edilmiş sanksiyaların ləğv olunduğunu elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında dərc olunmuş açıqlamada yer alıb.
Vaşinqton administrasiyasının qəbul etdiyi qərarla bağlı rəsmi qurumlar hələlik əlavə təfərrüat verməyiblər.
Qeyd edək ki, Delsi Rodriges uzun müddət ABŞ-nin sanksiya siyahısında yer alan əsas venesuelalı rəsmilərdən biri idi. Ölkə prezidenti Nikolas Maduronun yanavr ayındakı həbsindən sonra isə hazırda ölkəni o idarə edir.
Son xəbərlər
Son Xəbərlər