Ağdamda Heydər Əliyevlə bağlı tədbir keçirildi

agdamda-heyder-eliyevle-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1336

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev Respublika veteranlar təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, müharibə veteranları, qazilər, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. 

“Heydər Əliyev ili” çərçivəsində təşkil edilmiş konfransda çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi veteran hərəkatının inkişafında göstərdiyi xidmətlərdən, veteran təşkilatlarının yaradılmasından, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsindən, onlara dövlət qayğısının artırılmasından, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından geniş söhbət açıblar.

Tədbirin sonunda Ulu Öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx iştirakçılara nümayiş etdirildi.