Ağdamda müsabiqənin qalibləri mükafatlandırıldı - Fotolar

agdamda-musabiqenin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 1486

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Ağdam rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ziyalıları və YAP fəalları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər ölkə başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamasından, Sərəncama əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Ağdam rayonunda da il ərzində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş elmi-praktiki konfransların, yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin təşkil edilməsindən, müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinin böyük sevinclə qeyd edilməsindən bəhs ediblər.

Tədbirin sonunda “Heydər Əliyev İli” çərçivəsində Ağdam rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev tərəfindən Fəxri fərmanlarla təltif ediliblər.