Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib.
“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.
Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.
Qeyd edək ki, yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.
Xatırladaq ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.
***
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu barədə məlumat yayıb.
Bildirilib ki, 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.