Ağdaşda ağır qəza - İki ölü, beş yaralı

agdasda-agir-qeza
Oxunma sayı: 2815

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. 

Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.