Ağstafada 14 yaşlı oğlanı öldürüb dəmiryoluna atdılar

agstafada-14-yasli-oglani-oldurub-demiryoluna-atdilar
Oxunma sayı: 5106

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya məlumat verib. O bildirib ki, Ağstafa rayon Polis Şöbəsinə rayon sakini, 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.