Ağsuda avtomobillər toqquşdu - 7 nəfər xəsarət aldı

agsuda-avtomobiller-toqqusdu
Oxunma sayı: 1659

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Ağsu rayon ərazisində olub.

İlkin məlumata görə, 4 avtomobil toqquşub. Hadisə zamanı 7 nəfər xəsarət alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

DİN-in Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Mübariz Muradov