“Aİ-95” markalı benzinin qiyməti qalxdı

ai-95-markali-benzinin-qiymeti-qalxdi
Oxunma sayı: 29624

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.

Qeyd olunur ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Qiymət artımı məhsulun idxal dəyərinin artması ilə əlaqələndirilir.

Xatırladaq ki, buna qədər “Aİ-95” premium markalı benzinin litri 1,6 manatdan satılırdı.