Aİ Gürcüstana xəbərdarlıq etdi

ai-gurcustana-xeberdarliq-etdi
Oxunma sayı: 2681

“Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: “2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir”.

Qurum bildirib ki, Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib:

“Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq”.