“Bavariya” - “Real” matçında 4 qol

bavariya-real-matcinda-4-qol
Oxunma sayı: 2662

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk matçda “Bavariya” Almaniyada İspaniyanın “Real” klubunu qəbul edib.

Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Digər yarımfinal matçında Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək.

UEFA Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

30 aprel

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 2:2

Qollar: Sane, 53. Keyn, 57 – Vinisius, 24; 83-pen.

Baş hakim: Kleman Turpen (Fransa).

Münhen, “Alyans Arena” stadionu.