Sərvəti bir həftə ərzində 37,3 milyard dollar artdı

serveti-bir-hefte-erzinde-373-milyard-dollar-artdi
Oxunma sayı: 3369

Amerikalı milyarder İlon Mask aprelin son həftəsində sərvətini 37,3 milyard dollar artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu rəqəmlər son iki ilin ən böyük həftəlik gəliridir.

Maskın aprelin 29-da gəliri “Tesla” səhmlərinin 13%-dən çox artması səbəbindən 18,5 milyard dollar artıb.

Qeyd edək ki, hazırda sahibkar sərvətinə görə üçüncü yerdədir. İkinci yerdə “Amazon”nun qurucusu Ceff Bezos qərarlaşıb. Birinci sırada isə “LVMH Moet Hennessy Louis Vuitton” şirkətinin rəhbəri Bernard Arnaultdur.