“Avropa İttifaqı (Aİ) ölkələri Hörmüz boğazında təhlükəsizliyi təmin etmək məqsədilə bölgəyə hərbi gəmilər göndərməkdən imtina ediblər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Kallas Yaxın Şərqdəki münaqişənin “Avropanın müharibəsi” olmadığını xüsusi vurğulayıb:
“Hazırda bölgədə yalnız Qırmızı dənizdəki “Aspides” missiyası fəaliyyət göstərir və dəniz aktivlərinin azlığı səbəbindən bu əməliyyatın Hörmüz boğazına qədər genişləndirilməsi təklifi üzv dövlətlər tərəfindən qəbul edilməyib. Çünki onların bunu etmək istəyi yox idi”.
Qeyd edək ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Mett Uitaker bundan öncə bəyan edib ki, Amerika tərəfi müttəfiqlərinin Hörmüz boğazına gəmi göndərməsi üçün təzyiqləri davam etdirəcək. O, Vaşinqtonun hər gün NATO tərəfdaşlarından bu istiqamətdə kömək tələb edəcəyini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər