Aİ İran üçün məşhur peyk görüntü xidmətini aktivləşdirdi

ai-iran-ucun-meshur-peyk-goruntu-xidmetini-aktivlesdirdi
Oxunma sayı: 9356

Avropa İttifaqı (Aİ) İran üçün “Copernicus” peyk görüntü xidmətini aktivləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Canez Lenarsic “X”də məlumat verib:

“İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin “CopernicusEMS” – “Copernicus” peyk görüntü xidmətini aktivləşdiririk”.