“Aİ terror aktı ilə bağlı xəbərlərdən şokdadır”

ai-terror-akti-ile-bagli-xeberlerden-sokdadir
Oxunma sayı: 4927

“Aİ Moskvada “Crocus City Hall” binasında terror aktı ilə bağlı xəbərlərdən şokdadır və dəhşətə gəlib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano sosial media hesabında paylaşıb.

“Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir. Düşüncələrimiz zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir”.