Aİ Ukraynaya bu qədər mərmi verib

ai-ukraynaya-bu-qeder-mermi-verib
Oxunma sayı: 1844

Bu il Avropa İttifaqının Ukraynaya verdiyi artilleriya mərmisinin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Aİ Ukraynaya vəd etdiyi 1 milyon əvəzinə 480 min mərmi verib.

Belə ki, mərmi istehsalının sürətləndirilməsi üzrə əsas təşəbbüs (cəmi 60 minə yaxın mərmi) Kiyev üçün nəzərtə tutulub. Yəni, 300 minə yaxın mərmi, ilk növbədə 155 mm çaplı və reaktiv yaylım atəş sistemi üçün raketlər mövcud ehtiyatlardan Kiyevə köçürülüb, digər 120 mini isə digər satınalma sxemləri ilə göndərilib.

Ümumilikdə sözügedən məsələ dekabrın 14-15-də keçiriləcək Aİ sammitində gündəmə gətiriləcək.