Ajda Pekkan bu serialda yer alacaq

ajda-pekkan-bu-serialda-yer-alacaq
Oxunma sayı: 2725

Tanınmış müğənni Ajda Pekkan məşhur “Kızılcık şerbeti” serialında yer alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 77 yaşlı müğənni serialda özünü canlandıracaq.

A.Pekkanın çəkildiyi 45-ci bölümün dekabrın 29-da yayımlanacağı gözlənilir.

Qeyd edək ki, müğənninin ötən aylarda baş tutan konsertində serialın aktyorları Doğukan Güngör və Sibel Taşmıoğlu da iştirak etmişdi. Səhnədən onları görən müğənni “Kızılcık şerbeti” serialını bəyəndiyini söyləmişdi.