Al Paçino evlənir - Sevgilisi 54 yaş kiçikdir

al-pacino-evlenir
Oxunma sayı: 5060

Amerikalı Hollivud ulduzu 83 yaşlı Al Paçino evlənməyə hazırlaşır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi Nur Əlfallah aktyordan 54 yaş kiçikdir.

Cütlüyün Roman adlı 5 aylıq uşaqları olduğu da bildirilir.

Xatırldaq ki, Al Paçino prodüser kimi çalışan 29 yaşlı sevgilisi N. Əlfallahla 2020-ci ildə tanış olub. Bu il iyunun 6-da isə onların Roman adlı oğulları dünyaya gəlib. Al Paçino bu xəbəri doğumdan iki ay öncə öyrənib. Doğumdan 3 ay sonra isə Nur Əlfallah aktyoru tərk etmişdi.