Türkiyəli müğənni Aleyna Tilkinin narkotik testi müsbət çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayılıb.
Bildirilib ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada Məhkəmə Tibbi Ekspertizası İnstitutunda qan və saç nümunələri götürülən müğənni Aleyna Tilkinin testindən müsbət nəticə alınıb.
Qeyd edək ki, istintaq çərçivəsində indiyə qədər 36 nəfər həbs olunub.
Xatırladaq ki, aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar eyni istintaq çərçivəsində saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Son xəbərlər
Son Xəbərlər