İrəvanda gərginlik pik həddə - Saxlanılanların sayı artdı-Yenilənib

irevanda-gerginlik-pik-hedde
Oxunma sayı: 2753

Ermənistanda keçirilən seçkiləri zamanı qanun pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) onlarla şikayət daxil olub, saxlanılanlar var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan DİN-in yaydığı rəsmi məlumatda bildirilir.

Nazirliyin açıqlamasına görə, saat 14:00-a olan vəziyyətə əsasən, səsvermə prosesində qeydə alınan pozuntularla bağlı indiyədək 29 rəsmi siqnal daxil olub. Hüquq-mühafizə orqanlarının dərhal həyata keçirdiyi operativ tədbirlər nəticəsində daxil olan müraciətlər üzrə artıq 6 nəfər saxlanılıb.

Bundan əlavə, seçki prosesində qeydə alınan digər mümkün qanun pozuntuları və insidentlərlə bağlı daha 121 müraciət araşdırılması üçün emal mərhələsindədir. Daxil olan şikayətlər əsasında araşdırmaların davam etdiyi bildirilir.

Xatırladaq ki, bu gün Ermənistanda yerli idarəetmə orqanları ilə yanaşı, gərgin siyasi mübarizə fonunda parlament seçkiləri də keçirilir və gün ərzində müxtəlif məntəqələrdə həbslər qeydə alınıb.

***

Daxil olan şikayətlər əsasında saxlanılanların sayı artıq 14 nəfərə çatıb.

Bu barədə məlumat Ermənistan yerli mətbuatında Daxili İşlər Nazirliyinə (DİN) istinadən yayılıb.

Rəsmi məlumata görə, saat 17:00-a olan vəziyyətə əsasən, ölkə üzrə müxtəlif seçki məntəqələrində qeydə alınan pozuntularla bağlı polisə ümumilikdə 57 rəsmi siqnal daxil olub.

Bundan başqa, bir rüşvətvermə və bir silah gəzdirmə faktı da qeydə alınıb.