Martın 3-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub.
“Qafqazinfo” xəbər verir ki, konsertdə caz ritmləri ilə çıxış edən ifaçı dinamik improvizasiyaları və rəqsləri ilə dinləyicilərə təkrarolunmaz anlar bəxş edib.
Tanınmış caz pianoçusu Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrədə keçirilən nüfuzlu Montrö caz festivalında özünə diqqəti cəlb etməyi bacarıb. 2009-cu ildə Alfredo Rodriges Amerika Birləşmiş Ştatlarına köçür və burada - cazın vətənində musiqinin bu janrının aparıcı ifaçılarından birinə çevrilir. Həmin vaxtdan Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınır.