Prezident yanında Ali Attestasiya Komissiyası prokurorluq tərəfindən məsuliyyətə cəlb edilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyevlə bağlı açıqlama yayıb.
Komissiyadan “Qafqazinfo”ya bildirilib ki, Ş.Əliyev Ali Attestasiya Komissiyasının əməkdaşı deyil:
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tartixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib. Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək”.
Son xəbərlər
Son Xəbərlər