Ali məktəblərə imtahansız qəbul olunanların sayı açıqlandı

ali-mekteblere-imtahansiz-qebul-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 3579

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Qafqazinfo"ya verilən məlumata görə, məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Artıq 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 32 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 314 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Aşağıdakı cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı tanış ola bilərsiniz.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme və A-Level) üzrə qəbul olunanların sayı və qəbul olunduqları ixtisaslar

Beynəlxalq idman yarışların qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar 

Respublika və beynəlxalq fənn olimpiadaları qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

ADA Məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

SAT imtahanı nəticələrinə əsasən ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar