Alimentdən imtina etdi, qızını öz soyadına keçirir - Fotolar

alimentden-imtina-etdi-qizini-oz-soyadina-kecirir
Oxunma sayı: 753

Türkiyəli aktrisa İrem Helvacıoğlunun iş adamı Ural Kaspardan boşanması ilə bağlı yeni detallar məlum olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Helvacıoğlu aliment tələb etməmək şərti ilə 6 aylıq qızına öz soyadını vermək üçün keçmiş həyat yoldaşı ilə razılığa gəlib.

Məlumata görə, soyad məsələsi tərəflər arasında gərginlikdən sonra ortaya çıxıb.

Bildirilib ki, Ural Kaspar ayrılıq zamanı Helvacıoğluya təzminat və aliment ödəməyəcəyini, uşağın məktəb xərclərinə də qarışmayacağını deyib.

Buna cavab olaraq aktrisa onun soyadından da imtina edib.

Qeyd edək ki, 2024-cü ildə evlənən cütlük ötən günlərdə qarşılıqlı razılaşma əsasında boşanıb. Onların Sora adlı bir qızları var.