Alla Puqaçova Londona köçür

alla-puqacova-londona-kocur
Oxunma sayı: 2612

SSRİ Xalq artisti Alla Puqaçova Kiprin Limassol şəhərindən İngiltərənin London şəhərinə köçəcək.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Rusiyanın NTV telekanalında yayımlanan “Novıye russkiye sensatsii” verilişi çıxış edib.

Onun yaxın vaxtda Londona gedəcəyi gözlənilir.

Lakin nə Puqaçova, nə də həyat yoldaşı Maksim Qalkin bunu təsdiq edib.

Xatırladaq ki, cütlük Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdə İsrailə köçüb. İsrail-HƏMAS müharibəsi başladığı vaxtda isə Kiprə gedib.