“Qafqazinfo” xəbər verir ki, A.Nizamoğlu oğlunun cənnətə doğru getdiyindən əminliyini ifadə edib:
“Həyatıma bir mələk gəldi... Allah ona 3 il ömür biçdi. 3 il o ailəmizi sevincə qərq elədi. Vaxtın tamamında isə getdi. İşığa doğru... Cənnətə doğru... Yolun açıq olsun, Maqsud!” – deyə Ayaz Nizamoğlu sosial şəbəkədəki səhifəsində bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ayaz Nizamoğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Ağır yaralanan uşağı xəstəxanaya aparsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Allah rəhmət eləsin!