Allahşükür Paşazadənin evindən - Fotolar

allahsukur-pasazadenin-evinden
Oxunma sayı: 7163

Tanınmış aparıcı Rövşanə Ağasəfqızı bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin evində qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, aparıcı həmin evdə çəkdirdiyi fotoları şəxsi facebook səhifəsində paylaşıb.

Rövşanə Ağasəfqızı şəkillərə bu şərhi verib:

"Ailəsi, nəvələri ilə söhbət o qədər şirin oldu ki, saatın necə keçdiyinin fərqinə varmadım. Xanımı mənimlə təkbətək söhbətdə çox maraqlı məqamlara toxundu. İlk dəfə şeyx haqqında bəzi sirrləri danışdı. Ailə olduqca səmimi idi".