Alovlanan avtomobil üçotaqlı evi də yandırdı - Yenilənib - Fotolar

alovlanan-avtomobil-ucotaqli-evi-de-yandirdi
Oxunma sayı: 3323

Mingəçevir şəhərində güclü yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi Bahar küçəsində Tərlan Umarova məxsus həyətdə baş verib.

Belə ki, evin həyətində olan “Opel” markalı avtomobil gecə saatlarında alovlanmağa başlayıb. Yanğın yaxınlıqdakı 3 otaqlı evə də keçib və mənzil tamamilə yanaraq kül olub.

Hadisə vaxtı mənzildə olan 3 nəfər pəncərədən çıxaraq son anda xilas ola biliblər.

Faktla bağlı araşdırma aparılır.

***

FHN-dən bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və hamam otağının lambirdən ibarət tavanı 18 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.