Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, baş direktor öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
A.Vəliyevin vəzifəsindən azad edilməsi ilə AMB baş direktorların sayı 6-ya enib. Hazırda AMB-də baş direktor vəzifələrini Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülər Paşayeva icra edirlər.