Amerikalı siyasətçi çıxışı zamanı güllələndi - Anbaan video - Yenilənib

amerikali-siyasetci-cixisi-zamani-gullelendi
Oxunma sayı: 10650

Amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, boyun nahiyəsindən güllə yarası alıb.

Kirkin sağ qalıb-qalmadığına dair rəsmi açıqlama yoxdur. 

Hadisədən dərhal sonra ABŞ lideri Donald Tramp amerikalıları Kirkin sağlamlığı üçün dua etməyə çağırıb.

İlkin ehtimala görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. Bu məlumat hələ rəsmi təsdiq olunmayıb.

***

ABŞ lideri Donald Tramp “Truth Social” hesabında Çarli Kirkin sui-qəsd nəticəsində öldüyünü yazıb.

Tramp onu “böyük” və “əfsanəvi” adlandırıb:

“Heç kim ABŞ-nin gənclərini Çarlidən daha yaxşı başa düşmədi və empatiya qurmadı”.