ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandıran sərəncam imzalayıb. Qərar milli maraqlarla əsaslandırılıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin saytında yayılan məlumata görə, sərəncam Rusiyanın hökumətinə və dövlət şirkətlərinə qarşı sanksiyalar, eləcə də, Rusiyadan enerji idxal edən ölkələrə tarifləri nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsinə iki gün qalmış imzalanıb.
Tramp sentyabrın 18-də sözügedən qanun layihəsini imzalayıb. Oktyabrın 9-da isə qlobal yanacaq qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə yüz minlərlə ton dizel yanacağının tədarükü barədə razılaşdığını açıqlayıb və bunun müqabilində sanksiyaların müvəqqəti dayandırılmasının tələb edildiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər