Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UNİAN agentliyi idmançının həyat yoldaşına istinadən məlumat yayıb.
Maksimyukun 2022-ci ildə könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulduğu bildirilir.
Keçmiş futbolçu 2025-ci ilin yanvarından itkin düşmüş hesab olunurdu. Onun ölümü DNT ekspertizasının nəticələri əsasında təsdiqlənib.
Qeyd edək ki, Roman Maksimyuk futbolçu karyerası ərzində “Prikarpatiye”, Kiyev “Dinamo”su, “Dnepr”, “Volın” və “Çernomorets” kimi klublarda çıxış edib. O, Ukrayna millisinin heyətində 5 oyun keçirib.
Son xəbərlər
Son Xəbərlər