ABŞ ölkəyə səfər etmək istəyən şəxslər üçün viza rüsumunu 25 dollar artıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı səfirliyi öz feysbuk hesabında paylaşıb.
Məlumata görə, cari ilin iyunun 17-dən ziyarətçi vizası daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artırılacaq.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti sözügedən rüsumun mayın 30-dan artırılacağı barədə məlumat yaymışdı.