Ana azyaşlı əkiz qızlarını zəhərləyib özünü də asdı - Fotolar

ana-azyasli-ekiz-qizlarini-zeherleyib-ozunu-de-asdi
Oxunma sayı: 6137

Türkiyənin Bursa şəhərində qandonduran hadisə baş verib.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, 25 yaşlı Zahidə Qəhrəman 4 yaş 5 aylıq əkiz qızları – Ecrin və Eslemi zəhərləyib. O, daha sonra baldızına “Haqqınızı halal edin” mesajını yazaraq özünü asıb.

Baldızının xəbərdarlığı ilə evə gələn Mustafa Qəhrəman uşaqlarını bihuş, həyat yolaşını isə asılı vəziyyətdə tapıb.

Xəstəxanaya yerləşdirilən uşaqlarla ananın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.