Millimizə İspaniya klubundan oyunçu çağırıldı

millimize-ispaniya-klubundan-oyuncu-cagirildi
Oxunma sayı: 285

Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev Avro-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Heyət üzvləri aşağıdakı kimidir:

Amil Həmzəyev (Neftçi)
Əkbər Məmmədov (Neftçi)
Emmanuel Aqbason (Sabah)
Endar Poladxanlı (Sabah)
Şirzad Şirzadov (Sabah)
Kamran Məmmədov (Sabah)
Ulaş Turqut (Gəncə)
Cəbrayıl Əkbərov (Gəncə)
Elşad Şirzadov (Ordu)
Vesli Van Bek (Tenerife)
Derin Berkoz (NTD)
Rəşid Abbasov (Şəki)
Ercan Donat (Şəki)
İsmayıl Abdullayev (Abşeron Lions)
Saadettin Donat (Abşeron Lions)

Qeyd edək ki, Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə daxil edilsələr də, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.