Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü - Fotolar

azerbaycan-ve-ermenistanin-xin-rehberlerinin-muavinleri-cenevrede-gorusdu
Oxunma sayı: 540

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədovla Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.