Anar 35 ildir rəhbərlik etdiyi AYB-yə yenidən sədr seçildi

anar-35-ildir-rehberlik-etdiyi-ayb-ye-yeniden-sedr-secildi
Oxunma sayı: 3669

Xəbər verdiyimiz kimi, Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, qurultayda 84 yaşlı Xalq yazıçısı Anar Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Qurultayda Xalq yazıçısı Anar Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Çingiz Abdullayev birinci katib, Rəşad Məcid müavin, İlqar Fəhmi, Səlim Babullaoğlu və Elçin Hüseynbəyli katib, Nəriman Həsənzadə Ağsaqqallar Şurasının sədri, Fərid Hüseyn Gənclər Şurasının sədri AYB-də yeni tərkibdə vəzifəyə seçiliblər. 

Qeyd edək ki, Anar bu vəzifəni 1987-ci ildən icra edir.