“Anar ancaq vəzifədə olmağı ciddi məsələ hesab edir”- - Əkrəm Əylisli

anar-ancaq-vezifede-olmagi-ciddi-mesele-hesab-edir-
Oxunma sayı: 3167




Ə.Əylisli “Qafqazinfo”ya açıqlamasında bu məsələnin “şişirdilməsinə” ehtiyac duymadığını və fikirlərini iki cümlə ilə ifadə etmək istədiyini bildirib:

“Mənim bu iki keçmiş dostum neçə illərdir ki ancaq vəzifədə olmağı ciddi məsələ hesab edirlər. Geridə qalan digər məsələlərin heç biri mənim köhnə dostlarım üçün artıq ciddi deyil”.

Xatırladaq ki, AYB sədri mətbuata açıqlamasında bu hadisəni qeyri – ciddi hesab etdiyini və buna münasibət bildirməyi lazım görmədiyini bildirmişdi. 

AYB katibi Fikrət Qoca isə “Daş yuxuları” əsərinin başdan-ayağa söyüşdən ibarət olduğunu söyləyib və Əkrəm Əylislinin Nobel sülh mükafatına namizəd göstərilməsinin bədii ədəbiyyata verilən qiymət olmadığını vurğulamışdı. O, burada siyasi məsələlərin daha çox qabardıldığını qeyd etmişdi.