Anası donoru olmuşdu, amma yenə xəstəliklə üz-üzədir

anasi-donoru-olmusdu-amma-yene-xestelikle-uz-uzedir
Oxunma sayı: 6287

“Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə anam ikinci dəfə”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Baxşəliyev “Qapqara” verilişində xəstəliyindən danışarkən deyib.

O bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkdiyində donoru anası olub:

“Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi.  Bunun üstündən 4 il keçib.  Amma bu gün də eyni xəstəliklə üzləşdim. Yaxın zamanlarda əməliyyata gedəcəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək. Bacardığım qədər biruzə vermirəm, amma istənilən halda bu, bəlli olur. Bəzən düşünürəm ki, ananın verdiyi böyrək də xarab oldu. Heç nədən anamdan böyək götürdüm. Amma, qismət budur. Heç vaxt neqativ düşünmürəm. Ən azından bu xəstəliyin bir çıxış yolu var. İşimlə xəstəliyimi qarışdırmıram. Mənəvi olaraq çox çətin olsa da, gün ərzində xəstəliyim heç yadıma düşmür”.