Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

anasinin-imtina-etdiyi-korpe-bakiya-getirildi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2068

“Tovuzda anasının imtina etdiyi körpə Bakıya gətirilərək uşaq xəstəxanasına yerləşdirilib”.

Bu barədə “Qafqazinfo”ya Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, uşaq hazırda müayinələrdən keçirilir və vəziyyəti normaldır. Bundan sonra azyaşlı ilə bağlı müvafiq addımlar atılacaq. 

Xatırladaq ki, martın 21-də Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.