Ancelina Coli qızı ilə - Foto

ancelina-coli-qizi-ile
Oxunma sayı: 6587

Amerikalı məşhur aktrisa Ancelina Coli övladlığa götürdüyü qızı Zahara ilə Los-Ancelesdə görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, alış-verişə yollanan ana və qızı geyimləri ilə diqqət çəkiblər.

Belə ki, aktrisanın qara rəngli boş paltarı, paltosu və hündürdaban ayaqqabısı müzakirələrə səbəb olub. İzləyicilər Zaharanın əynindəki boz paltar, qara jaket və idman ayaqqabısını anasının geyimindən yaxşı olmadığını bildiriblər.